İran və Rusiya strateji tərəfdaşlığa başladı


İran ilə Rusiya arasında uzunmüddətli strateji tərəfdaşlıq haqqında saziş qüvvəyə minib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, 17 yanvar tarixində Moskva şəhərində iki ölkə prezidentləri tərəfindən imzalanmış “Əhatəli Strateji Tərəfdaşlıq Sazişi” 2 oktyabr tarixində qüvvəyə minib.

İran Xarici İşlər Nazirliyi bildirib ki, bu sənəd iki ölkə münasibətlərində mühüm dönüş nöqtəsi sayılır və müxtəlif sahələrdə dostluq əlaqələrinin daha da genişlənməsini nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyi də bu razılaşmanı dövlətlərarası əlaqələrdə “önəmli bir mərhələ” adlandırıb. Qeyd olunub ki, saziş çoxqütblü dünya şəraitində beynəlxalq arenada daha sıx əməkdaşlığı nəzərdə tutur.

Əlaqəli Xəbərlər