İrandan gələn məhsulları necə ayırd etmək olar?


Son zamanlarda İrandan Azərbaycana gətirilən məhsullar Naxçıvan və Ordubad məhsulları adı altında bazara çıxarılır. Bəs, bu cür məhsulları necə ayırd etmək olar?

Məsələ ilə bağlı qida mütəxəssisi Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, İran İslam Respublikasından Azərbaycana idxal edilən quru meyvələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub:

”Məlum olur ki, bəzi hallarda mənşəyi məlum olmayan, markalanmamış məhsullar “təbii quru meyvələr” adı altında satışa çıxarılır.

Bu məsələyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və digər aidiyyəti qurumlar tərəfindən nəzarət funksiyaları yerinə yetirilsə də, bir qida mütəxəssisi kimi bildirirəm ki, bu cür halların qarşısını almaq üçün istehlakçılar da diqqətli olmalıdır.

Tövsiyəm budur ki, quru meyvə və digər qida məhsullarını alarkən mütləq məhsulun etiketində mənşə ölkəsi və idxalçı məlumatları qeyd olunub-olunmadığını yoxlamaq lazımdır. Əgər etiketdə bu məlumatlar yoxdursa, satış yerindən idxal sağlamlıq aktını tələb etmək hüququnuz var. Bu “Qida təhlükəsizliyi haqqında” 523 nömrəli qanun ilə tənzimlənir və istehlakçının məlumatlandırılması məqsədi daşıyır.

Yalnız bu yolla biz bazarda şəffaflığı təmin edə və sağlam olmayan məhsulların qarşısını ala bilərik”.

Əlaqəli Xəbərlər