Kamran Əliyev Səbaildə vətəndaşları qəbul edib


Baş prokuror Kamran Əliyev Bakı şəhəri Səbail rayon prokurorluğunun inzibati binasında oktyabrın 3-də Səbail rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Bu barədə SİA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbulda iştirak edən 48 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Əlaqəli Xəbərlər