…Braziliyanın Pernambuko əyalətində dörd yaşlı uşaq təcili yardım gələnə qədər qəzaya uğramış avtomobildə iki gün qalıb. Qəzada dünyasını dəyişən valideynlərinin cəsədləri də maşında olub.
SİA xəbər verir ki, bu barədə çərşənbə günü, oktyabrın 1-də Portal iG məlumat yayıb.
İlkin məlumata görə, avtomobilin atla toqquşub, nəticədə sürücü idarəetməni itirib, yoldan çıxıb və aşıb.
Federal Magistral Yol Polisinin məlumatına görə, qəza sentyabrın 27-də baş verib, lakin uşaq sentyabrın 29-dək tapıla bilməyib – o, uşaq oturacağında olub.
…Ailə Pernambuco’nun Aqreste bölgəsindəki Garanjuns BR-424 şossesində avtomobil qəzasına düşdükdən sonra dörd yaşlı uşaq valideynlərinin cəsədlərinin yanında təxminən iki gün tək sağ qaldı, – hesabatda deyilir.
Uşağı qəzaya uğrayan avtomobili görən yerli sakin xilas edib və köməyə çağırıb.
Qəzet yazır ki, uşaq huşunu itirib və heç bir gözəgörünməz xəsarət almayıb.
Nazlı Almuradova