Təlimlər Rusiya ilə müharibəni simulyasiya etmək üçün nəzərdə tutulub… …Amerika və Finlandiya xüsusi təyinatlıları Rusiyanın yaratdığı təhlükə fonunda birgə əməliyyatları gücləndirmək və döyüş hazırlığını artırmaq məqsədi daşıyan “Cənubi Qriffin 25” irimiqyaslı təlimini başa çatdırıblar. …Southern Griffin müstəsna müsbət təcrübə idi. Əsgərlərimiz Finlandiya qüvvələri və NATO müttəfiqləri ilə birlikdə müxtəlif yerlərdə çalışaraq, onların döyüş qabiliyyətini artırıb və inteqrasiyanı dərinləşdirib. SİA-nın məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələrinin adı açıqlanmayan missiya komandiri qeyd edib. Finlandiya hərbçiləri bildiriblər ki, təlimin məqsədi ölkənin xüsusi təyinatlı qüvvələrinin ABŞ və digər NATO…
Daha çoxDay: October 4, 2025
Türkiyə və ABŞ prezidentləri qlobal məsələləri müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlər və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan ABŞ səfərinin münasibətləri gücləndirdiyini, müdafiə sənayesi başda olmaqla, bütün sahələrdə əməkdaşlığı möhkəmləndirən addımların mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin başda İsrail-Fələstin qarşıdurması olmaqla, bölgədə sülhün təmin olunması üçün səylər göstərdiyini və bu məqsəd istiqamətində təşəbbüsləri məmnuniyyətlə qarşıladığını deyib.…
Daha çoxBritaniya Rusiyanı bombalamaqda Ukraynaya yardım etdiyini etiraf edir…
…Böyük Britaniya kəşfiyyat məlumatları verməklə Ukraynaya Rusiya ərazisinə zərbələr endirməkdə kömək edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Financial Times”ın oktyabrın 3-də dərc olunmuş məqaləsində deyilir. Məqalədə deyilir ki, “…Böyük Britaniya artıq Rusiya ərazisinə zərbələr endirməklə Kiyevə yardım edir”. Nəşrin yazdığına görə, Vaşinqton həm də NATO üzrə tərəfdaşlarını fəal şəkildə “Ukraynaya kəşfiyyat dəstəyini artırmağa” çağırır. ABŞ-ın Kiyevə “uzaq mənzilli raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya infrastrukturuna zərbələr endirməkdə” kömək edə biləcək yenilənmiş kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırdığı bildirilir. Əli Babayev
Daha çox