…Böyük Britaniya kəşfiyyat məlumatları verməklə Ukraynaya Rusiya ərazisinə zərbələr endirməkdə kömək edir. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Financial Times”ın oktyabrın 3-də dərc olunmuş məqaləsində deyilir.
Məqalədə deyilir ki, “…Böyük Britaniya artıq Rusiya ərazisinə zərbələr endirməklə Kiyevə yardım edir”.
Nəşrin yazdığına görə, Vaşinqton həm də NATO üzrə tərəfdaşlarını fəal şəkildə “Ukraynaya kəşfiyyat dəstəyini artırmağa” çağırır.
ABŞ-ın Kiyevə “uzaq mənzilli raketlər və pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya infrastrukturuna zərbələr endirməkdə” kömək edə biləcək yenilənmiş kəşfiyyat məlumatları təqdim etməyi planlaşdırdığı bildirilir.
Əli Babayev