Tramp yeraltı bunkerdə III Dünya Müharibəsi ilə üzləşəcək..?


ABŞ prezidenti Donald Tramp III Dünya Müharibəsi başlayarsa, nüvə zərbəsinə tab gətirə biləcək yeraltı bunkerdə gizlənəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qida ehtiyatları ilə dolu gizli şəhər Koloradonun altında yerləşir. ABŞ Prezidenti Donald Tramp III Dünya Müharibəsi başlayarsa, Koloradonun altındakı nəhəng yeraltı şəhərdə barrikada quracaq.

Xirosimadakı partlayışdan 1000 dəfə güclü nüvə zərbəsinə tab gətirə bilən kompleks 600 metrdən çox dərinlikdə yerləşir. Bu barədə “The Sun” məlumat yayıb.

Labirint və tunellərdən ibarət şəhər 70 min ton qranitdən oyulub. Kompleksə giriş 23 tonluq dəmir qapıdan keçir. Şəhər öz elektrik stansiyası ilə təchiz olunub və özünü tamamilə təmin edir.

Bir neçə il üçün kifayət qədər qida olacaq.

Bundan əvvəl milyonçuların müharibələr və təbii fəlakətlər zamanı hansı bunkerlərdə gizlənməyi planlaşdırdığı bildirilirdi.

Əli Babayev

Əlaqəli Xəbərlər