…Rusiyanın xalq artisti Sergey Bezrukov bildirib ki, Qərbdə rusca olan hər şeyə alçaldıcı münasibət dəb halını alıb.
SİA-nın məlumatına görə, bu barədə TASS xəbər verir. …Əgər siz vətəninizi sevirsinizsə, təbii ki, dünyada baş verən hər şeyə reaksiya verməyə bilməzsiniz. Mən indi Qərbdə Rusiyaya qarşı dəb halını almış münasibəti nəzərdə tuturam – rus olan hər şeyi məhv etmək və şərləmək…
Bunu deyən rusiyalı aktyor bildirib ki, bu tendensiya qaçılmaz olaraq rusları təhqir edir.
…Bizimlə necə belə rəftar edə bilərsən? Mədəniyyətimizlə, rus dili ilə necə davrana bilərsən?.
Aktyor bunu sual kimi qoyur.
Yeri gəlmişkən, daha əvvəl Sergey Bezrukov süni intellekt haqqında fikirlərini bildirib. Aktyorun fikrincə, süni intellekt heç vaxt canlı ifaçını əvəz edə bilməz. Bununla belə, o, bu gün teatrda texnologiyanın əvəzolunmaz olması ilə razılaşıb.
Nazlı Almuradova