İsveçdə “Nobel həftəsi” tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə açılacaq


Növbəti “Nobel həftəsi” İsveçin paytaxtında fiziologiya və tibb üzrə Nobel mükafatı laureatının elan edilməsi ilə açılacaq. SİA xəbər verir ki, digər nominasiyalar üzrə də qaliblər yaxın günlərdə açıqlanacaq.

Nobel Komitəsinin fizika üzrə qərarı oktyabrın 7-də, kimya üzrə oktyabrın 8-də, ədəbiyyat üzrə isə oktyabrın 9-da, Sülh mükafatı laureatı isə oktyabrın 10-da Osloda elan olunacaq. İsveç Milli Bankı tərəfindən 1968-ci ildə təsis edilmiş iqtisadiyyat elmləri üzrə Alfred Nobel Xatirə Mükafatının laureatı oktyabrın 19-da elan olunacaq.

Əlaqəli Xəbərlər