Qırğızıstanla Özbəkistan sərhədində 5,7 bal gücündə zəlzələ baş verib


Qırğızıstanla Özbəkistan sərhədində 5,7 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

“Oktyabrın 6-da saat 01:29-da baş verən zəlzələ Daşkənddə və Özbəkistanın bir sıra bölgələrdə hiss olunub”, – məlumatda deyilir.

Zəlzələnin episentri Daşkənddən 199 km cənub-şərqdə, Qırğızıstanın Cəlal-Abad vilayətində, 10 km dərinlikdə yerləşib.

İlkin məlumatlara görə, itki yoxdur.

Əlaqəli Xəbərlər