Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib. Bildirilib ki, görüş Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə toplantısından əvvəl baş tutacaq Xarici İşlər Nazirləri Şurası çərçivəsində reallaşıb.
Nazirlər Azərbaycan – Türkiyə qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün səviyyələrdə uğurla inkişaf etdiyini vurğulayıblar. Tərəflər siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat məsələlərini müzakirə ediblər.