FHN silsilə maarifləndirmə tədbirləri keçirib


Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. Bu barədə SİA-ya nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonunun ərazisində yerləşən 92 və 262 nömrəli tam orta məktəblərində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsində, Xızı rayon Sitalçay 1 nömrəli və Abşeron rayon Pirəküşkül kənd tam orta məktəblərində, Abşeron rayon Mehdiabad qəsəbə Uşaq Musiqi Məktəbində və Xızı rayonunun sel təhlükəli yaşayış məntəqələrində maarifləndirmə tədbiriləri keçirilib. Eyni zamanda, Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir rayon Düyərli kənd 2 nömrəli və Göygöl rayon N. Verdiyev adına Sarısu kənd tam orta məktəblərində, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsində, Ağstafa rayon Köçvəlili bələdiyyəsində və 1 saylı “ASAN xidmət” mərkəzində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Ağsu rayon M. Rəhimov adına Musabəyli kənd və H. Hüseynov adına Qaraqoyunlu kənd tam orta məktəblərində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi şəhər 7 nömrəli və Bərdə rayon Qullar kənd tam orta məktəblərində, Tərtər şəhər 2 nömrəli məktəb-liseyində müvafiq tədbirilər təşkil olunub. Həmçinin Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayon Xudat şəhər 5 nömrəli ümumi orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Yevlax rayon R. Rzayev adına Qoyunbinəsi kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Saatlı rayon Günəşli kənd tam orta məktəbində və Cənub Regional Mərkəzi tərəfindən Masallı rayon Q.Babayev adına Mahmudavar kənd ümumi orta məktəbində maarifləndirmə tədbiriləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və sel təhlükəsi ilə əlaqədar zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Əlaqəli Xəbərlər