Belarus bankları Aİ-nin yeni sanksiyalarına məruz qala bilər…





Rublla ifadə olunan stabilkoinlərlə əməliyyatlar sayəsində…



…Avropa İttifaqı (Aİ) Rusiya rubluna bağlanmış A7A5 stabilkoininə qarşı sanksiyalar hazırlayır.

SİA-nın məlumatına görə, “Office Life” Bloomberg-ə istinadən xəbər verir ki, bu sanksiyalar bu cür əməliyyatları həyata keçirən bir sıra ölkələrin banklarına da təsir edə bilər.

Agentlik bildirir ki, Avropa İttifaqı sanksiyaları “Rusiya, Belarusiya və Mərkəzi Asiyada bir neçə bankı” hədəfə ala bilər. Konkret banklar açıqlanmır.

Qeyd edək ki, A7 Moldovadan qaçan bankir İlan Şora məxsus transsərhəd ödənişlər şirkətidir. Onun yaradılmasında kriptovalyuta birjası Garantex və Rusiyanın Promsvyazbank bankı da iştirak edib.

Avropa İttifaqı hesab edir ki, Rusiya bu tokendən sanksiyalara məruz qalan müəssisələrlə hesablaşmalar üçün istifadə edir. Sentyabrın 26-na olan məlumata görə, ümumi dəyəri 496 milyon dollar olan 41,6 milyard A7A5 tokeni dövriyyədə olub.

Ümumi əməliyyat həcmi 68 milyard dollardan çox qiymətləndirilir. Bu tokenin Qırğızıstanın yurisdiksiyasında yaradıldığı güman edilir.

2025-ci ilin mart ayına olan məlumata görə, onun bəyan edilmiş gəlirliyi illik 8,63 faiz təşkil edib və hazırda 9 faizdən çox qiymətləndirilir.

Əli Babayev

Əlaqəli Xəbərlər