Məktəbdə bıçaqlı şəxsin hücumu nəticəsində bir nəfər xəsarət alıb


Almaniyanın Şimali Reyn-Festvaliya əyalətinin Paderborn şəhərində peşə məktəbində bıçaqlı insident baş verib.

SİA yerli mediaya istinadla xəbər verir ki, məktəbə daxil olan bıçaqlı şəxsin hücumu nəticəsində bir nəfər ağır xəsarət alıb. Məktəbdə dərhal həyəcan siqnalı verilib. Hadisə ilə əlaqədar polis tərəfindən dərhal əməliyyat tədbiri keçirilib. Polis şübhəli şəxsi hadisə yerində aşkar edə bilməyib. Lakin həmin şəxs sonradan polis idarəsinə müraciət edərək hadisəni törətdiyini etiraf edib və təslim olub. Həmin şəxsin 25 yaşlı alman vətəndaşı olduğu bildirilir.

Onun xəsarət yetirdiyi gənc qız xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin də peşə məktəbində təhsil aldığı müəyyən edilib.

Əlaqəli Xəbərlər