Mina və partlamamış hərbi sursatlar probleminə dair qrant müsabiqələri elan olunub


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatşılığı, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyininin (ANAMA) tərəfdaşlığı ilə “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslərlə əlaqədar qrant müsabiqələri“ elan olunub. SİA xəbər verir ki, müraciətlərin qəbulu oktyabrın 7-dən noyabrın 7-dək davam edəcək. Qeyri-hökumət təşkilatları layihə təkliflərini Agentliyin rəsmi internet səhifəsində – https://ngoagency.gov.az portalının “e-ərizə” bölməsi vasitəsilə elektron qaydada təqdim etməlidirlər. Layihələrin şəxsən, poçtla və ya elektron poçt vasitəsilə təqdim olunması qəbul edilmir.

Sənəd qəbulu başa çatdıqdan sonra QHT-lərin təqdim etdiyi layihə təklifləri ekspertiza mərhələsindən keçəcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələrinin 2026-cı ilin birinci rübündə elan olunması planlaşdırılır.

Qrant məbləğlərinin yuxarı həddi və icra müddətləri aşağıdakı kimidir:

Kiçik qrant – 15 min manat (icra müddəti 6 ayadək);

Orta qrant – 30 min manat (icra müddəti 9 ayadək);

Böyük qrant – 50 min manat (icra müddəti 12 ayadək).

Layihə təklifləri aşağıdakı mövzulardan birini əhatə etməlidir:

1. İşğaldan azad edilmiş ərazilərdə, xüsusən keçmiş təmas xəttinin yaxınlığında məskunlaşmış vətəndaşlar (burada daimi yaşayan, işləyən və ya təhsil alan şəxslər daxil olmaqla) arasında mina və partlamamış hərbi sursatlar (bundan sonra – PHS) təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;

2. Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək;

3. İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi;

Müsabiqə mövzuları:

Təqdim edilən layihələr aşağıdakı mövzulardan birini əhatə etməlidir:

1. İşğaldan azad edilmiş ərazilərdə, xüsusən keçmiş təmas xəttinin yaxınlığında məskunlaşmış vətəndaşlar (burada daimi yaşayan, işləyən və ya təhsil alan şəxslər daxil olmaqla) arasında mina və partlamamış hərbi sursatlar (bundan sonra – PHS) təhlükəsi ilə bağlı maarifləndirmə işlərinin aparılması;

2. Mina və PHS-dən zərərçəkənlərin cəmiyyətə reinteqrasiyasına dəstək;

3. İşğaldan azad edilmiş ərazilərdə mina və PHS təhlükəsi ilə bağlı risklərin dəyərləndirilməsi;

Təqdim olunmalı sənədlər:

QHT-lər müsabiqədə iştirak üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli, 327 nömrəli Qərarına uyğun olaraq aşağıdakı sənədləri təqdim etməlidirlər:

• layihə təklifi (kiçik, orta, böyük);

• layihənin icra planı;

• layihənin xərclər smetası;

• layihə büdcəsinin maliyyə əsaslandırılması (orta və böyük qrant müsabiqələrinə təqdim edilən layihələrə münasibətdə);

• QHT-nin nizamnaməsinin, qeydiyyat şəhadətnaməsinin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının surətləri;

• QHT-nin vergi uçotu haqqında şəhadətnaməsinin surəti;

• QHT-nin səlahiyyətli nümayəndəsinin şəxsiyyətini təsdiq edən sənədin surəti;

• qrant məbləğinin köçürüləcəyi QHT-nin bank hesabı barədə məlumatlar;

• orta və böyük qrant müsabiqələrinə münasibətdə layihə təqdim edən QHT-nin Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə, habelə bələdiyyələrə qrant verə bilən qurumların siyahısı”nda nəzərdə tutulan qurumlardan qrant alıb-almaması haqqında məlumat;

• orta qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 3 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 10 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd;

• böyük qrant müsabiqəsinə münasibətdə layihə təqdim edən QHT-nin son 5 il ərzində fəaliyyəti, həyata keçirdiyi layihələr, habelə proqramlar barədə azı 20 fərqli informasiyanın media subyektlərində yayılmasını təsdiq edən sənəd.

Aşağıda qeyd olunan layihələr müsabiqəyə buraxılmır:

• Məzmunu Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli 327 və 328 nömrəli Qərarları ilə ziddiyyət təşkil edən layihələr;

• Əvvəllər keçirilən müsabiqələrin nəticələrinə görə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilmiş eyni məzmunlu layihələr;

• QHT-nin nizamnamə məqsədlərinə uyğun olmayan layihələr;

• Qrant müqaviləsi üzrə öhdəliklərini pozduğuna görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən müsabiqədə iştirak hüququndan məhrum edilmiş QHT-lərin layihələri;

• Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əvvəlki qrant müsabiqələrində qalib olan, öhdəliyi yerinə yetirməyən və debitor borcu olan QHT-lərin layihələri.

Qiymətləndirmə meyarları:

Texniki ekspertizadan keçdikdən sonra layihələr münsiflər tərəfindən aşağıdakı meyarlar üzrə 100 ballıq sistem üzrə qiymətləndiriləcək:

• layihənin məqsədinin aydınlığı;

• layihənin innovativliyi;

• layihənin icra müddətinin əsaslandırılması və davamlılığı;

• layihənin büdcəsinin qrant məbləğinə uyğun olması;

• QHT-nin və işçi heyətin müvafiq layihə mövzusuna uyğun təcrübəsi;

• layihə üzrə risklərin təhlili;

• layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;

• layihənin icrası zamanı müvafiq tərəfdaşlarla və media ilə əməkdaşlıq;

• QHT-nin təqdim etdiyi layihə mövzusunun nizamnamə məqsədlərinə uyğunluğu;

• layihədən gözlənilən nəticələr.

Müsabiqə üzrə tələblər və üstünlük verən meyarlar:

• Layihəyə minadan zərərçəkən (xüsusən əvvəl minaaxtaran işləmiş) şəxslərin cəlb olunması;

• QHT-nin seçdiyi mövzuya uyğun təcrübəyə (əvvəl bu istiqamətdə azı 3 layihə icra etməsi) malik olması;

• QHT-nin seçdiyi mövzuya uyğun fəaliyyət istiqamətində minatəmizləmə sahəsi üzrə səlahiyyətli dövlət qurumları və ya beynəlxalq qurumlar ilə əməkdaşlıq təcrübəsinə malik olması;

• Maarifləndirməyə dair layihə üzrə təlim proqramının təqdim olunması;

• Təklif olunan layihədə iştirakı nəzərdə tutulan təlimçilərin müvafiq sahə üzrə yerli və ya beynəlxalq standartlara uyğun olaraq verilən sertifikatlar, yaxud ona bərabər tutulan digər sənədlərə malik olması;

• Layihənin icra planında əhatə olunan ərazilərin (rayon, şəhər, kənd) və lokasiyaların (məktəb, klub, digər binalar), eyni zamanda icra cədvəlinin dəqiq müəyyən olunması.

Tövsiyə:

QHT geniş seçim imkanına malikdir, layihə təklifinin kiçik, orta, yoxsa böyük qrant müsabiqəsinə uyğunluğunu özü sərbəst müəyyən edir, hətta bütün müsabiqələrə uyğun fərqli layihələr təqdim etməkdə məhdudiyyət yoxdur. Lakin nəzərə alınmalıdır ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi eyni QHT-nin təqvim ili ərzində kiçik, orta və böyük qrant müsabiqələri üzrə yalnız 1 layihəsini maliyyələşdirilə bilər. QHT-nin seçimini düzgün aparması, 1 layihə təklifi üzrə kiçik, orta və böyük qrant müsabiqələrindən yalnız birinə müraciət etməsi tövsiyə edilir.

Əlaqəli Xəbərlər