Almaniyanın Bavariya əyalətinin hökuməti Münxen aeroportu üzərində dron təxribatlarından sonra polisə dronlara qarşı müdafiə tədbirləri görmək üçün geniş səlahiyyət verilməsini nəzərdə tutan qanunu qəbul edib. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Bavariyanın Baş naziri Markus Zöder hökumətin iclasında bu barədə deyib: “Nəticə olaraq prinsip belə olmalıdır: vurmaq, gözləməmək. Polis dronları zərərsizləşdirməyə qadir olmalıdır. Əhalinin və ərazinin müdafiəsi prioritetdir”. Yeni qanuna əsasən, Bavariya polisi qanunsuz dron uçuşlarına qarşı bütün hüquqi və texniki imkanlardan istifadə edə biləcək. Dronların təhlükəli hesab edildiyi hallarda onların idarəetməsi ələ keçiriləcək, uçuş sistemi pozulacaq və ya…
Daha çoxDay: October 8, 2025
Azərbaycan bu gün türk dünyasının birliyinin möhkəmlənməsi istiqamətində mühüm rol oynayır
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə çıxış edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanın sülh təşəbbüsünü və Prezident İlham Əliyevin sədrliyini yüksək qiymətləndirib. SİA xəbər verir ki, Qazaxıstan Lideri çıxışında deyib: “Bu çətin dövrdə Azərbaycan ilə Ermənistan arasında sülhlə bağlı Birgə Bəyanatın imzalanmasını təqdir etmək istəyirəm və inanıram ki, bu tarixi addım 30 il davam edən münaqişənin həllində mühüm addım olacaq”. Tokayev, həmçinin Azərbaycanın regional və beynəlxalq təşəbbüslərə verdiyi töhfəni xüsusi qeyd edərək söyləyib: “Mən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin tamhüquqlu beynəlxalq…
Daha çox“İndi konkret qərar və cəsarətli addım zamanıdır”
“Ermənistanın sülhə münasibəti hələ də ziddiyyətlidir və bu ziddiyyətlər Paşinyan hakimiyyətinin daxili və xarici balans axtarışından qaynaqlanır. Rəsmi İrəvan bəzən sülh tərəfdarı kimi görünür, amma ardınca elə addımlar atır ki, bu təsəvvürü dağıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. Deputat bildirib ki, Paşinyan hökuməti sülh prosesini həm daxili sabitlik, həm də beynəlxalq imic üçün alətə çevirib: “Onlar Brüssel və Vaşinqtonla münasibətlərini gücləndirmək istəyir, lakin Moskvanın təsirini də tam itirməkdən çəkinirlər. Bu, Ermənistan diplomatiyasını ikibaşlı vəziyyətə salıb — nə Qərbə tam yaxınlaşa, nə də Rusiyadan uzaqlaşa bilir. Sülh müqaviləsi…
Daha çoxRoma Papasının Türkiyəyə səfərinin tarixi açıqlanıb
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo noyabrın 27-dən 30-dək Türkiyədə səfərdə olacaq. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Roma Papası Bursa vilayətinin İznik rayonunda Birinci Nikeya Kilsə Məclisinin 1700 illiyi münasibətilə keçiriləcək mərasimdə iştirak edəcək. Bu, Papa XIV Leonun xaricə ilk apostol səfəri olacaq. Pontifik dekabrın 2-də isə Livana səfər edəcək. “Papa Leo həm Türkiyənin, həm də Livanın dövlət başçılarının və kilsə rəhbərliyinin dəvətini qəbul edib”, – deyə məlumatda bildirilib. Qeyd edək ki, Birinci Nikeya Kilsə Məclisi xristianlıq tarixində mühüm…
Daha çox“Avropanın maraqları Azərbaycan-Türkiyə tandeminin üzərində dayanır”
“Türkiyə-Azərbaycan münasibətləri regionda dövlətlərarası münasibətlərə kardinal dərəcədə dəyişdirici, yönləndirici təsir gücünə malikdir. Demək olar ki, bizim bölgəmizdə və hətta bölgəmizə yaxın regionda dövlətlər arasında münasibətlər qurularkən, Azərbaycan-Türkiyə münasibətlərini bütün məsafələrdən görünən yoğun xətt kimi nəzərə almağa məcburdurlar”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. Onun sözlərinə görə, Ermənistan Türkiyə ilə münasibətləri qurmaq istəyərkən, həmişə Azərbaycan-Türkiyə münasibətləri faktoru nəzərə alınıb. Türkiyə-Azərbaycan münasibətləri Gürcüstan-Ermənistan münasibətlərinə təsir göstərib. Ermənistan-İran əməkdaşlığını dərinləşdirmək istəyənlər isə həmişə Azərbaycan-Türkiyə tandeminin buna necə reaksiya verəcəyini nəzərə almağa çalışıblar: “Fakt budur ki, İran nə qədər sərt siyasət…
Daha çoxAlmanlar bir-biri ilə necə davranırlar..?
…Almaniyanın birləşməsi otuz ildən çox əvvəl baş verdi, lakin müxtəlif bölgələrin sakinləri haqqında stereotiplər və təsəvvürlər təəccüblü dərəcədə davamlı olaraq qalır. SİA-nın məlumatına görə, DW xəbər verir ki, bunu Berlin Azad Universitetinin (Freie Universität Berlin) Tagesspiegel qəzeti üçün Almaniya Birliyi Gününün ildönümü üçün keçirdiyi eksklüziv sorğunun nəticələri təsdiq edir. Tədqiqatçılar müxtəlif federal ştatların sakinlərini nə dərəcədə bəyəndiklərini müəyyən etmək üçün 18-69 yaş arası 1630 insan arasında sorğu keçiriblər. Nəticələr göstərir ki, simpatiya əsasən köhnə şərq-qərb sərhədləri boyunca uzanır. Berlinliləri heç kim sevmir… Sorğu iştirakçılarına “Almaniyanın digər federal əyalətlərindən olan insanları…
Daha çox“Böyük Qayıdış Azərbaycanın iqtisadi gücünü artırır”
“Böyük Qayıdış Proqramının həyata keçirilməsində bir neçə əsas məsələ – tərəfdaşlıq və xarici dəstək vacib amillərdəndir. Çünki tamamilə dağıdılmış regionların və rayonların bərpası, orada quruculuq işlərinin aparılması, sosial obyektlərin tikilməsi, yeni sənaye müəssisələrinin yaradılması, müasir texnoloji avadanlıqların gətirilməsi və turizmin inkişaf etdirilməsi istiqamətlərində beynəlxalq tərəfdaşlığa və xarici siyasət dəstəyinə ciddi ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan deyib. Onun sözlərinə görə, bu dəstək həm humanitar məqsədlə – yəni yardım formasında, həm də birbaşa xarici sərmayə kimi bölgəyə yönəldilə bilər: “Eyni zamanda tikinti…
Daha çoxSüni intellektlə işləyən Ukrayna pilotsuz təyyarələri düşməni ovlayır…
Texnologiya inanılmaz sürətlə inkişaf edir… …Süni intellekt Ukraynada cəbhənin simasını tədricən dəyişir. Baxmayaraq ki, texnologiya hələ də mükəmməl deyil – alqoritmlər gölməçələri nəqliyyat vasitələri ilə, ağacları isə hədəflərlə qarışdırır – süni intellekt elementləri olan dronlar artıq mübarizədə əsas vasitəyə çevrilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə CEPA yazır. 13-cü Xartiya briqadasının Yasni Oçi bölməsinin komandiri Georgi Volkov yeni taktikanın necə işlədiyini izah edir: kəşfiyyat pilotsuz uçan aparatı hədəfi aşkar edir, süni intellekt sistemi bunu təsdiqləyir, hücum pilotsuz uçan aparatı isə 20 km-ə qədər məsafədən…
Daha çoxMilli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin oktyabrın 10-da keçiriləcək iclasının gündəliyinə təklif olunan məsələlər müəyyənləşib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, gündəliyinə təklif olunan məsələlər aşağıdakılardır. 1. “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 2. “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi. 3. “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında…
Daha çoxMərakeş və Böyük Britaniya birgə hərbi təlimlərə başlayıblar
Mərakeş və Böyük Britaniya birgə “Səhra dağı” hərbi təlimlərinə başlayıblar. SİA yerli mənbələrə istinadən xəbər verir ki, təlimlər “Rəmram” bölgəsində keçirilir. Oktyabrın 17-dək davam edəcək təlimlərdə məqsəd hər iki ölkənin silahlı qüvvələri arasında hərbi əməkdaşlığı artırmaq və təcrübə mübadiləsi aparmaqdır. “Səhra dağı” təlimi 1989-cu ildən etibarən bölgədə mühüm ikitərəfli hərbi təlimlərdən biri sayılır. Builki təlimlərə Mərakeş və Böyük Britaniyadan yüksəkrütbəli zabitlər və hərbi rəsmilər, eləcə də Mərakeşin Kral Qvardiyası, birinci və ikinci desant piyada alayı və Böyük Britaniyanın Cəbəllüttariq alayı qatılıb. Qeyd olunur ki, təlimlər müxtəlif qoşun növləri arasında əməliyyat…
Daha çox