Sərxoş moskvalı yatmaq üçün bağçaya girib…


…Moskva sakini sərxoş vəziyyətdə yatmaq üçün Şabolovka küçəsində yerləşən uşaq bağçasının həyətinə girib.

SİA-nın məlumatına görə, bu barədə çərşənbə günü, oktyabrın 8-də “Veçernyaya Moskva” nəşrinə Rusiya Milli Qvardiyasının Moskva şəhəri üzrə mətbuat xidməti bildirib.

…Mühafizəçinin sözlərinə görə, bağçasının həyətinə girən şəxs özünü aqressiv aparıb və yatmağa yer tapmağa çalışdığını deyib.

Bunu Rusiya Milli Qvardiyasının mətbuat xidməti bildirib.

Sərxoş vəziyyətdə olan şəxs polisə təhvil verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu bu işə nəyin sövq etdiyini müəyyən edəcəklər.

Bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada məktəbə girməyə cəhd edən şəxsi saxlayıblar. Məktəbin mühafizəçisi cinayətkarın hərəkətləri barədə Milli Qvardiyaya məlumat verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib həmin şəxsi saxlayıblar. Sonradan məlum olub ki, o, əvvəllər başqasının mənzilindən qızıl-zinət əşyaları oğurladığı üçün məktəbdə gizlənib.

Əli Babayev

Əlaqəli Xəbərlər