…Ukraynanın beynəlxalq ehtiyatları 2025-ci il oktyabrın 1-nə əvvəlki ayla müqayisədə 1,1 faiz artaraq 46,5 milyard dollar təşkil edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu artım Milli Bankın valyuta bazarında xalis valyuta satışlarının 15 faiz azalaraq 2,28 milyard dollara enməsi fonunda beynəlxalq tərəfdaşlardan əldə edilən gəlirlər hesabına baş verib.
Sentyabrda hökumətin Milli Bankdakı valyuta hesablarına 2,9 milyard dollar yatırılıb.
Konkret olaraq, sentyabrın 10-da Ukrayna G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində Avropa İttifaqından 1,17 milyard dollar həcmində səkkizinci tranş alıb.
Ukrayna Dünya Bankından əlavə 1,43 milyard dollar, dövlət istiqrazlarının satışından isə 298,4 milyon dollar əldə edib. Eyni zamanda, Ukrayna Beynəlxalq Valyuta Fonduna 563,6 milyon dollar xarici valyuta borcuna xidmət, 254,4 milyon dollar borcunu ödəyib.
Sentyabrda əvvəlki ayla müqayisədə Milli Bankın əməliyyatları vasitəsilə xalis valyuta satışı 15 faiz azalaraq 2,9 mlrd. təşkil edib.
Ukrayna Milli Bankının hesablamalarına görə, beynəlxalq ehtiyatların hazırkı səviyyəsi gələcək idxalın 5,1 aylıq maliyyələşdirilməsini təmin edir ki, bu da Ukrayna valyuta bazarının sabitliyini qorumaq üçün kifayətdir.
Əli Babayev