Qlobal istiləşmə Xəzər dənizini təhdid edir…


…Alimlər təsdiq edirlər ki, iqlimin dağılması Xəzər dənizinin ekologiyası və faunasını təhdid edir.

…Suyun səviyyəsinin aşağı düşməsi Xəzər suitilərinin yaşayış mühitinin əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxaracaq, nərə balıqlarının kürü tökən çaylara çıxışını məhdudlaşdıracaq və sahilyanı laqunların və qamış yataqlarının itirilməsinə gətirib çıxaracaq.

SİA-nın məlumatına görə, bunu Britaniyanın Lids Universitetinin mətbuat xidməti xəbərdarlıq edir.

İqlim və ekoloji ekspertlər həyəcan təbili çalır.

Universitetin rəhbərliyi ilə elmi ictimaiyyətin apardığı tədqiqatlar sübut edir ki, nəsli kəsilməkdə olan canlıların və insanların sağlamlığının Xəzər dənizinin qurumasının nəticələrindən qorunması üçün təxirəsalınmaz tədbirlər görülməlidir.

Dünyanın ən böyük qapalı su hövzəsində suyun səviyyəsinin aşağı düşməsi nərə balıqları və Xəzər suitilərinin populyasiyalarını təhlükə altına qoyur.

Qlobal istiləşmə buz sahəsinin azalmasına səbəb olacaq və nərə balıqlarının yaşayış sahəsini azaldacaq. Qurumaq 112 min kvadratmetr ərazini təhdid edir ki, bu da İslandiyanın ərazisindən daha böyükdür.

Qeyd edilməlidir ki, Xəzər dənizi həm də Avropa, Asiya və Afrika arasında miqrasiya edən quşlar üçün qlobal əhəmiyyətli yaşayış yeridir.

Tədqiqatçılar siyasətçiləri və ekoloqları dünyanı ekoloji fəlakətdən xilas etmək üçün mümkün qədər tez birləşməyə çağırır.

Bu gün Xəzər dənizi təqribən 1150×450 km ərazini tutur, ümumi sahəsi 387 min kv.km-dir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər