…”APZ-20″ Kursk podşipnik zavodunda baş verən yanğının sahəsi 10 min kvadratmetrə çatıb.
SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında məlumat verilib.
…Yanğınsöndürmə işləri yüksək yanğın yükü və binanın konstruktiv xüsusiyyətləri ilə çətinləşir, – məlumatda deyilir. Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn öz Telegram kanalında binanın tamamilə alovlar içində qaldığını bildirib.
Onun sözlərinə görə, obyektdə baş verənlər nəticəsində konstruksiyaların çökmələri var. Lakin yanğının yaşayış binalarına keçməsi təhlükəsi yoxdur.
Xinşteyn qeyd edib ki, yanğın ilkin olaraq rezin məmulatları istehsal edən sexdə başlayıb.
Rayon icra başçısı qeyd edib ki, işçilər özləri bunu söndürməyə cəhd etsələr də, buna nail ola bilməyiblər. Zavodda baş verən yanğınla bağlı SHOT Telegram kanalı məlumat yayıb.
Onun sözlərinə görə, şəhərin müxtəlif yerlərindən qatı qara tüstü görünüb.
Hadisə şahidləri bildiriblər ki, yanğın təkər sexinin sahibinə icarəyə verilən binada baş verib.
Əli Bababyev