…Economist və YouGov-un keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ prezidenti Donald Trampın həmvətənləri arasında bəyənmə səviyyəsi 42 faizə düşüb.
SİA xəbər verir ki, nəticələrə görə, amerikalıların yalnız 42 faizi yeni köhnə prezidentin fəaliyyətini müsbət, 52 faizi isə Trampın hərəkətləri barədə mənfi fikirdədir.
Maraqlıdır ki, kişilərin 49 faizi Ağ Evin sakinini, qadınların isə yalnız 35 faizi dəstəkləyir.
Sorğu aprelin 13-15-də 1512 amerikalı böyüklər arasında keçirilib.
Əli Babayev