ABŞ-da universitetdə atışma olub, ölən və yaralananlar var


ABŞ-ın Florida ştatının Tallahassi şəhərində yerləşən Florida Dövlət Universitetində atışma olub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər ölüb, altı nəfər isə yaralanıb. Hadisə qurbanlarının sayının artacağı istisna edilmir.

Atışmanı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, lakin kimliyi açıqlanmır. Baş vermiş insidenti araşdırmaq üçün Federal Təhqiqatlar Bürosu da işə cəlb olunub. Universitetdə tədris dayandırılıb.

Əlaqəli Xəbərlər