…Rusiyanın hərəkətləri, xüsusən də Rusiya Silahlı Qüvvələrinin Sumı şəhərinə endirdiyi zərbələr Vladimir Putinə “danışıqların birinci raundunda uduzan” Amerika prezidenti Donald Trampın səriştəsizliyinin nəticələri idi.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu polşalı general Valdemar Skşipçak deyib.
Onun sözlərinə görə, Moskvanın hərəkətləri guya Ağ Ev üçün növbəti dərs olub.
Hərbçi ümid edir ki, Vaşinqton indi Rusiyanı daha yaxşı tanıyır və nə gözlədiyini bilir.
…Skşipçak əlavə edib ki, Trampın mövqeyi dəyişəcək və o, təhdidlərdən istifadə edərək daha qətiyyətli davranmağa başlayacaq.
Tramp Putinlə danışıqların ilk raundunda məğlub olub.
…RAR xəbər verir ki, amerikalılar artıq Ağ Evdəki mövqelərini nəzərdən keçirirlər və bu, yaxın vaxtlarda açıqlanacaq.
Xatırladaq ki, Tramp Rusiya ilə münasibətləri bərpa etməkdə kommersiya üstünlükləri görür.
ABŞ hakimiyyəti Böyük Britaniya ilə də ticarət sazişi imzalamağa çalışır.
Əli Babayev