Azərbaycanda tranzit ödənişləri digər ölkələrlə müqayisədə daha aşağıdır. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tənzimləmə idarəsinin rəisi Cəfər Quluzadə “Rəqəmsal gömrük və media” mövzusunda keçirilən tədbirdə bildirib.
“Tranzit ödənişləri hətta qonşu Gürcüstanla müqayisədə də daha aşağıdır. Azərbaycanın tranzit hab kimi mövqeyi kifayət qədər güclüdür. Ələt qovşağı vasitəsilə yükdaşımaların artması da bunun bariz nümunəsidir”, – deyə o vurğulayıb.
C Quluzadənin sözlərinə görə, tranzit sahəsində inkişaf dinamik bir prosesdir: “Tranzit prosedurları sadələşdirildikdən sonra bu sahədə işlər dayandırılmamalıdır. Çünki dünyada qloballaşma sürətlənir, məhsulların ixrac həcmləri isə durmadan artır”.