Rus toyda şuluq salıb və hətta atəş də açıb…


Yekaterinburqda toyda atəş açmaqda şübhəli bilinərək axtarışda olan şəxs saxlanılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.

Saxlanılan şəxsin Yava ləqəbli yerli sakin olduğu məlum olub. O, əvvəllər hədə-qorxu ilə tələb etmədə, eləcə də oğurluqda iştirakda təqsirli bilinib.

Polis şübhəli şəxsdən “B1 Kurs” (Beretta 10TK) qeyri-döyüş tapançasını götürüb.

Valeri Qorelixin sözlərinə görə, kişi tövbə edib və üzr istəyib.

Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi bildirib ki, şübhəli şəxsə qarşı silahdan istifadə etməklə xuliqanlıq maddəsi ilə cinayət işi araşdırılır.

Qabaqlayıcı tədbirin seçilməsi məsələsi də həll edilir.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər