Cari ilin yanvar-mart aylarında icmal büdcənin gəlirləri 10 milyard 744,3 milyon manat, xərcləri isə 9 milyard 61,3 milyon manat icra olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2025-ci ilin 1-ci rübü üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumatda qeyd olunub.
İcmal büdcədə 1 milyard 683 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.