Azərbaycan Mərkəzi Bankı (AMB) və Albaniya Mərkəzi Bankı arasında maliyyə sektorunda təhlükəsizlik müzakirə edilib. SİA bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun nümayəndə heyəti Albaniya Mərkəzi Bankına işgüzar səfər edib. Səfər zamanı keçirilmiş görüşlərdə tənzimləmə yanaşmaları, rezolyusiya rejimlərinin səmərəliliyinin artırılması, həmçinin maliyyə təhlükəsizliyi şəbəkəsi iştirakçıları arasında vəzifə və öhdəliklərin müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Bu görüşlər hüquqi və tənzimləyici çərçivələrin inkişafı, rezolyusiya proseslərinin planlanması, eləcə də rezolyusiya alətlərinin hazırlanması və səmərəli tətbiqi üzrə bilik və təcrübəsi mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edib.