Mayın 22-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un nizamnamə kapitalı, 2024-cü il maliyyə-təssərrüfatının yekunlarına dair kənar auditorun hesabatının müzakirəsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “Finex Kredit” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,494 milyon manatdır. BOKT-un səhmdarları Xaqan Mirzəyev (32,1 %), Azad Cəbrayılov (26,75 %), Ramina Allahverdiyeva (16,55 %), Şəlalə Tağıyeva (10,1 %), Tokay Şıxəlizadə (7,5 %), Rövşən Məmmədov (3,6 %), Mobil Şərifov (2,3 %) və Gülnarə Tağıyevadır (1,1 %).