“Səsləndirilən fikirlərin effektiv olanı-olmayanı da var”


“Tıxac termini 2000-ci ilin əvvəllərindən başlayaraq bizim dilimizə daxil olub. Burada əsas məqsəd ondan ibarətdir ki, nəqliyyat vasitələri hərəkət edən zaman bu və digər formada tıxacların aradan qaldırılması, tıxacda intensiv hərəkət, hərəkət hissəsinin məhdudlaşdırılması kimi ifadələr hamısı yeni terminlərdir. Həmçinin bu fikirlər yeni terminlərdir ki, cəmiyyətdə də öz növbəsində səsləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.

Onun sözlərinə görə, tıxaclardan can qurtarmanın çox geniş və şaxəli izahı vardır: “Tıxaclar şəhərin mərkəzi hissəslərini daha çox əhatə edir. Şəhərin giriş və çıxış nöqtələrini, hərəkətin intensiv olduğu əraziləri, yəni bir sözlə tıxac Bakıda bu gün hər yerdə var.

Tıxacların aradan qaldırılması üçün müxtəlif variantlar və fikirlər səslənilir. Həmçinin layihələr üzərində də işlənilir. Lakin buna baxmayaraq, bütün bu səsləndirilən fikirlərin effektiv olanı-olmayanı da var. Bu və digər formada tənəzzülə uğrayan, geniş bir forma halına gələn bir neçə elementidə var. Ona görə bu gün və dünyada gələcəkdə də bu kimi hadisələrin qarşısını almaq üçün mütləq ki, işimizi daha etibarlı görməliyik. Həmçinin fəaliyyətimizi şaxələndirməliyik. Bununla yanaşı bütün nəqliyyat subyektləri arasında qarşılıqlı təmas nöqtələri olmalıdır”.

Əlaqəli Xəbərlər