Xəstənin arvadı tibb bacısını döyüb…


…Saratovda xəstənin arvadı ilə xəstəxananın tibb işçisi arasında baş verən münaqişə polisin araşdırması ilə yekunlaşıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumata görə, hadisə şəhərin tibb müəssisələrindən birində baş verib.

26 yaşlı tibb bacısı xəstələrdən birinin 35 yaşlı arvadı ilə münaqişə edib.

Və nəticədə, sonuncu xəstəxana işçisinə hücum edib və onu döyüb: o, yumruğu ilə tibb bacısının başına üç dəfə zərbə endirib.

Zərərçəkmiş beyin silkələnməsi və qapalı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

…Hazırda araşdırma aparılır, polis hadisənin bütün hallarını müəyyənləşdirir, – deyə şöbədən bildirilib.

Daha əvvəl xəbər verilmişdi ki, moskvalı feldşer xəstənin qısqanc tərəfdaşı tərəfindən üzünə yumruq zərbəsi endirib.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər