“Ümumilikdə, mövcud pul siyasəti inflyasiyanın hədəf daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşməsinə yönəlib”. Bu sözləri Mərkəzi Bankın mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır: “Belə ki, 2025-ci ilin aprel ayında yenilənmiş proqnozlara görə illik inflyasiyanın cari ildə 5.3%, 2026-cı ildə 4.3% ətrafında olacağı gözlənilir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olaraq veriləcəkdir. Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il iyun ayının 11-də ictimaiyyətə açıqlanacaq”.