Aprelin 23-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.07% – 39,606.57 bəndədək, S&P 500 indeksi 1.67% – 5,375.86 bəndədək, Nasdaq indeksi isə 2.50% – 16,708.05 bəndədək artıb. SİA-nın məlumatına görə, Avropa fond bazarlarında aprelin 23-də FTSE 100 indeksi 0.90% – 8,403.18 bəndədək, Fransanın CAC-40 indeksi 2.13% – 7,326.47 bəndədək, Almaniyanın DAX indeksi isə 3.14% – 21,961.97bəndədək artıb.
Dünya bazarlarında avronun dollara qarşı məzənnəsi 0.22% artaraq 1.1341 dollar təşkil edib.