Rusiyanın xarici borcu rekord həddə düşüb…


2024-cü ilin sonuna Rusiyanın xarici borcu ÜDM-ə nisbətdə 13 faizə çatıb ki, bu da rekord aşağı göstəricidir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Bankının saytında dərc olunan statistik məlumatda deyilir. 2023-cü illə müqayisədə bu rəqəm üç faiz bəndi azalıb.

Qeyd olunur ki, ümumilikdə, 2024-cü ilin sonuna Rusiyanın xarici borcu 290,3 milyard dollar həcmində qiymətləndirilir. Bundan əvvəl Rusiyanın xarici borcunun 2025-ci ilin birinci rübündə kəskin artacağı barədə məlumat yayılmışdı.

Aprelin 1-nə olan məlumata görə, o, 312,4 milyard dollara yüksəlib.

Üç ay ərzində onun dəyəri 22,1 milyard artıb.

Yanvarın sonunda tənzimləyici məlumat verdi ki, 2024-cü ilin sonuna qədər adambaşına düşən xarici borcun səviyyəsi rekord minimuma enib. 2005-ci ildən bəri ilk dəfə onun səviyyəsi iki min dollardan aşağı düşüb.

Nazlı Almuradova

Əlaqəli Xəbərlər