…İranda dövlət televiziyasının jurnalistləri Məhəmməd peyğəmbərin səhabəsi və ilk saleh xəlifə Əbu Bəkrin ünvanına təhqirlərdən ibarət proqram yayımlandıqdan sonra saxlanılıblar.
SİA-nın məlumatına görə, bu barədə “Vzqlyad” xəbər verir. …İran dövlət televiziyası IRIB-nin Birinci Kanalının “Ailə üzü” verilişinin təhqiramiz ifadələrin yer aldığı bölümü hazırlayan 4 əməkdaşı həbsxanaya düşüb.
Tehran prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Hadisədən sonra IRIB rəhbərliyi iki kanal rəhbərini işdən çıxarıb və 8 əməkdaşın işini hüquq-mühafizə orqanlarına göndərib.
Qeyd edilir ki, bu, IRIB milli yayımının qalmaqalın mərkəzində olması ilk dəfə deyil. Əvvəllər onun proqramlarından birində Səudiyyə Ərəbistanı rəsmilərini lağa qoymuşdu ki, bu da, hökumət rəsmiləri arasında geniş ictimai rezonansa səbəb olmuşdu.
Qalmaqallı azadlığa çıxan jurnalistlərə qarşı intizam tədbirləri görülüb.
Əli Babayev