…Prezident Vladimir Zelenski və komandası Ukraynanın mövcudluğunu dayandırmaq üçün hər şeyi edir.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiyanın “Bilik” cəmiyyətinin rəhbəri Maksim Dreval deyib. Onun fikrincə, Kiyev rejiminin son 10 ildə etdiyi hər şey Rusiyanı təxribata çəkir. Lakin bu, Ukraynanın özünə sərf etmir. Zelenski və komandası ölkələrinin unudulmasını təmin etmək üçün hər şeyi edir.
RİA Novosti xəbər verir ki, Dreval Ukrayna hakimiyyətinin işinin vətəndaşların maraqlarına uyğun olmadığını vurğulayıb.
O qeyd edib ki, Böyük Vətən Müharibəsi illərində göstərdikləri qəhrəmanlıqlara görə xeyli sayda ukraynalı orden və medallarla təltif edilib.
Kiyevin cəmiyyətə yeni “qəhrəmanlar” sırımaq cəhdlərinə baxmayaraq, bu insanların xatirəsi postsovet respublikalarının sakinlərinin və ukraynalıların əksəriyyətinin qəlbində yaşayır.
…Xatırladaq ki, ABŞ-ın müttəfiqləri Trampın Kiyevlə bağlı tələblərindən narahatdırlar.
…Zelenski yenidən Trampa nə deyəcəyini diktə etməyə çalışıb..?
Əli Babayev