Rəsmi Pekin Filippini ərazisi suverenliyini pozmaqda ittiham edib. SİA xəbər verir ki, bu barədə Çin Sahil Mühafizəsinin sözçüsü Lyu Detszyuan məlumat verib. Onun sözlərinə görə, 6 Filippin vətəndaşı Çin tərəfinin xəbərdarlıqlarına baxmayaraq, aprelin 26-da mübahisəli Tesyan ərazisinə eniş edib. O, “filippinlilərə qarşı qanuna uyğun olaraq tədbir görüldüyünü” vurğulayıb.
Çin tərəfi bəyan edib ki, Tesyan ərazisi də daxil olmaqla Nanşa (Spratli) adaları üzərində suverenliyə malikdirlər. Filippin tərəfinin hərəkətləri Çinin ərazi suverenliyinin pozulması və regionda sülh və sabitliyə zərbə kimi qiymətləndirilib.