Kanadada parlament seçkilərində Mark Karninin partiyası qalib gəlib


Kanadanın Baş naziri Mark Karninin rəhbərlik etdiyi Liberal Partiyası parlament seçkilərində qalib gəlib. SİA-nın məlumatına görə, ölkənin ictimai yayım şirkəti olan Kanada Yayım Korporasiyası Liberal Partiyasının parlamentdə 343 yerdən əksəriyyətini qazanaraq Mühafizəkar Partiyasını üstələdiyini elan edib. Castin Trüdonun istefasından sonra Baş nazir olan Mark Karni daha 4 il müddətində bu vəzifəni icra edəcək.

Yekun nəticələr tam elan olunmayıb. Ona görə də hakim partiyanın qanunverici orqanda qanunları koalisiyasız qəbul edə bilməsi üçün mütləq çoxluğa malik olub-olmayacağı hələlik məlum deyil.

Əlaqəli Xəbərlər