Azərbaycan Qazaxstanla yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ilə Qazaxstanın Milli Gəlirlər Komitəsi gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiya layihəsi üzrə danışıqlara başlayıb. SİA bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, görüşdə qurumun Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəisi Orxan Musayev, Qazaxıstanın Maliyyə Nazirliyinin Vergi və Gömrük qanunvericiliyi departamentinin direktor müavini Ablayxan Bağıbəyov və Dövlət Gəlirləri Komitəsinin Qeyri-rezidentlərin vergiyə cəlb olunması idarəsinin rəis müavini Kımbat İbraeva iştirak edirlər.

Əlaqəli Xəbərlər