“Azərbaycan Aİ-nin enerji təchizatında mühüm rol oynayır”


“Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul edib. Görüş zamanı Kaya Kallas “Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır” kimi fikirlər səsləndirib”. Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.

Hakan Aktürk Azərbaycan xarici siyasətinin son zamanlar yüksək səviyyədə olduğunu və onu yaxından izlədiyini bildirib: “Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda keçirdiyi birgə mətbuat konfransının qardaş ölkəm üçün dəyərli olduğunu vurğulamaq istərdim. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Aİ-nin enerji təchizatında mühüm rol oynayır.

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini dedi. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğuladı”

Ayşən Vəli

Əlaqəli Xəbərlər