Vaşinqtonda ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb


ABŞ və Ukrayna arasında minerallara dair saziş imzalanıb. SİA-nın məlumatına görə, həftələrdir üzərində danışıqlar gedən bu saziş ABŞ-a Ukraynanın nadir minerallarına və təbii sərvətlərinə çıxış imkanı verəcək. Aprelin 30-u ABŞ Xəzinədarlıq Departamentində imzalanan saziş çərçivəsində həm də ABŞ – Ukrayna İnvestisiyaların Bərpası Fondunun yaradılmasına dair razılığa gəlinib. Sazişi imzalayan Ukraynanın iqtisadiyyat naziri Yuliya Svırıdenko deyib ki, fond ölkəyə qlobal sərmayələrin cəlb edilməsinə yol açacaq. ABŞ xəzinədarlıq katibi Skot Bessent isə bildirib ki, Tramp administrasiyası uzunmüddətli perspektivdə azad, suveren və firavan Ukrayna naminə sülh prosesinə sadiqdir.

Əlaqəli Xəbərlər