…Rusiya keçmiş prezident Viktor Yanukoviçin hakimiyyətə qayıtması üçün siyasi əməliyyat hazırlayırdı. İdeya rejimin “qanuni” bərpası illüziyasını yaratmaq idi.
SİA-nın məlumatına görə, bu barədə general-mayor İlya Pavlenko bu barədə RBC-Ukraynaya müsahibəsində danışıb.
Rusiya hərbi müdaxiləyə hazırlaşmaqla yanaşı, həm də siyasi ssenarini – Viktor Yanukoviçin hakimiyyətə qayıdışını həyata keçirirdi.
Onun sözlərinə görə, Yanukoviç Belarusda olub və Kiyevdə onun legitim prezident kimi tanınması ilə bağlı məhkəmə prosesi başlayıb.
…Məhkəmə bu məsələyə baxmağa başladı və müşavirəyə getdi. Bu o demək idi ki, hakim hər an məhkəmə iclasını davam etdirə və Yanukoviçin həqiqətən də indi legitim prezident olduğunu deyə bilər.
Bunu Pavlenko vurğulayıb.
Beləliklə, Rusiya bu vəziyyətdən istifadə edərək Ukraynada guya “çevriliş” baş verdiyini dünyaya nümayiş etdirə və təcavüzünə “qanuni hakimiyyəti bərpa etmək” cəhdi ilə haqq qazandıra bilərdi.
Bundan əlavə, Pavlenkonun sözlərinə görə, Moskva Ukrayna rəhbərliyinin ölkədən qaçacağına ümid edirdi.
Yəni prezident Vladimir Zelenskiyə Kiyevi tərk etməyə çağıran zənglər gəlib.
…Yeri gəlmişkən, belə bir əməliyyatı rusların özlərinin həyata keçirdiklərini istisna etmək olmaz: onlar Qərb liderlərindən biri ilə əlaqə saxlayıb “ona (yəni Zelenskiyə-A.B.) sığınacaq verin, evakuasiya edin, çünki biz onu öldürmək istəmirik” və ya bu kimi şeylər deyiblər”
Bunu da general-mayor deyir.
2023-cü ilin martında Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç fərariliyə sövq etməkdə və dövlət sərhədinin qanunsuz keçməsini təşkil etməkdə təqsirli bilinərək mühakimə olunacağı bildirilmişdi.
Həmin ilin yayında 2010-cu ildə ölkədə hakimiyyəti ələ keçirməkdə ittiham olunan fərari prezident Viktor Yanukoviçə qarşı ittiham aktı məhkəməyə göndərilib.
Əli Babayev