AHİK sədrinə yeni müşavir təyin olunub


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədrinə yeni müşavir təyin olunub. SİA xəbər verir ki, müvafiq əmrlə Kamran Qəhəd oğlu Umudov həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, K.Umudov bu vəzifəyə qədər Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Analitik təhlil, planlaşdırma və monitorinq şöbəsinin müdiri, eyni zamanda agentliyin Həmkarlar İttifaqının sədri vəzifəsində çalışıb.

Əlaqəli Xəbərlər