ABŞ-da elektrik enerjisi kəsilə bilər…


…ABŞ Daxili İşlər Naziri Doug Burgum xəbərdarlıq edib ki, ölkədə elektrik enerjisi istehsalı ilə bağlı problemlərə görə hələ bu ilin yayında böyük bir elektrik kəsilməsi ilə üzləşə bilər.

SİA-nın məlumatına görə, bu barədə o, Fox News-a müsahibəsində bildirib.

…Biz bu həftə İspaniyada baş verənləri gördük. Bu, Amerikada bu yay baş verə bilər, – siyasətçi deyib.

Onun sözlərinə görə, mümkün enerji böhranı riskinə görə məsuliyyət əvvəlki prezident Cozef Baydenin üzərinə düşür. Aprelin 28-də İspaniyada, xüsusilə Madrid və Barselonada, Portuqaliyanın Lissabon, Alqarve və Koimbra şəhərlərində, Fransanın Burqundiya bölgəsində, Andorrada, Hollandiya və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsildiyi bildirilib.

Əli Babayev

Əlaqəli Xəbərlər