…Mərhum monastırda ruhi xəstələr üçün evdə yaşayırdı. Onların bəziləri aclıqdan ölüb, qalanları güllələnib.
Leninqrad vilayətinin Tosnenski rayonunda axtarışçılar Böyük Vətən Müharibəsi zamanı nasistlər tərəfindən qətlə yetirilən dinc sakinlərin kütləvi məzarlığını aşkar ediblər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, orada qadın ayaqqabıları, sınmış qab-qacaq parçaları, tüfəng güllələri də tapılıb.
“Yaquar” axtarış dəstəsinin komandiri, “Lyuban” birgə rayonlararası səhra axtarış ekspedisiyasının rəhbəri Andrey Juravlevin sözlərinə görə, öldürülənlər Makaryevskaya Pustın monastırındakı ruhi xəstə və əlillər olublar.
Heyət onların qalıqlarını 2022-ci ildən axtarırdı.
Çuxur aprelin əvvəlində İvan Susanin dəstəsi tərəfindən aşkar edilmişdir. Axtarışlar iyirminci illərdə başlamışdı və bu günə qədər davam edir, eksqumasiya aparılır.
TASS xəbər verir ki, axtarışçılar 29 nəfərin qalıqlarını aşkar ediblər. Axtarışa hazırlaşarkən fəallar arxiv və internet materiallarını öyrəniblər.
Belə ki, internatda 300-ə yaxın insanın yaşadığını və onlara bir tibb bacısı və bir baxıcının baxdığını öyrəniblər.
Əlillərin bəziləri yataq xəstəsi olub, bəziləri isə ərazidə sərbəst hərəkət edə bilirmişlər.
1941-ci ilin dekabrına qədər internat demək olar ki, yeməksiz və dərmansız qalıb.
Yanvar ayında alman cəza qüvvələri evə gələrək əmlak və ərzaq aparıblar. İki həftə ərzində internatda olan 52 nəfər aclıqdan ölüb. Qalanları isə fevralda cəza qüvvələri aparıb və güllələyiblər.
Bundan əvvəl Sevastopolda axtarışçılar təsadüfən Qırmızı Ordu əsgərinin qalıqlarını aşkar ediblər.
Nazlı Almuradova