Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Vyetnamın Ho Şi Min şəhərində XX BMT Vesak Günü münasibətilə keçirilən konfransda iştirak edəcək. SİA xəbər verir ki, mayın 6-8-də baş tutacaq tədbirə 80-dən çox ölkədən nüfuzlu nümayəndələr, dövlət rəsmiləri, alim və siyasətçilər qatılacaq.
Beynəlxalq mədəniyyət nümayişləri, buddist sərgiləri və akademik panel müzakirələri ilə zəngin olacaq konfrans çərçivəsində paralel akademik tədbirlər də təşkil ediləcək.