Belarusun Baş naziri Aleksandr Turçin Ağdam rayonunun Qızıl Kəngərli kəndinə səfəri çərçivəsində burada inşa olunan aqroşəhərciklə tanış olub. SİA-nın verdiyi məlumata görə, layihə Belarus hökuməti tərəfindən həyata keçirilir və iri aqroholdinqin yaradılmasını, heyvandarlıq, quşçuluq və tərəvəzçiliyin inkişafını nəzərdə tutur.
Müəssisənin 2027-ci ildə istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Ağdam rayonunda 420 ailə üçün yaşayış məntəqəsi də inşa ediləcək.
Qarabağ iqtisadi rayonunda aqroşəhərciyin tikilməsi təşəbbüsü Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ildə Azərbaycana etdiyi dövlət səfəri zamanı irəli sürülüb.