9 May Qələbə Günü sakinlərin gözü ilə


Bu il 9 May – faşizm üzərində Qələbədən 85 il ötür. İkinci Dünya müharibəsi bəşər tarixinin ən dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalıb. 9 May SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizmin süqutu ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşıb. Hər il 9 May ölkəmizdə də təntənəli şəkildə qeyd olunur. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman İkinci Dünya müharibəsi veteranlarına yüksək diqqət və qayğı ilə yanaşır, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Bu ildə cənab Prezident müharibə veteranlarına və onların ailələrinə bir dəfəlik maddi yardımın ayrılması ilə bağlı sərəncam vermişdir. Bu mövzu ilə bağlı SİA-da paytaxt sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Həbib Əliyev: “Biz nahaq yerə ruslarnan bir yerdə vuruşmuşuq. Ruslar Qarabağda 90-cı illərdə bizim başımıza nə oyunlar açdılar. Bizdə gedəy hələ orda bir parad da, keçirdəy. Ümumiyyətlə mən 9 mayın bir bayram kimi keçirilməsini dəstəkləmirəm. Düzdür ikinci dünya müharibəsi veteranlarımız və şəhidlərimiz var. Qalanlara allah can sağlı versin, dünyadan köçənlərə rəhmət eləsin. Cənab Prezidentdə hər zaman veteranlara diqqət və qayğı göstərib, onların sosial rifahının yaxşı olması üçün nə lazımdı edilib, lakin mən 9 mayın bayram kimi qeyd edilməsini bəyənmirəm”.

Şəhər sakini Rafət Həmidova: “9may qələbə bayramı Azərbaycan tarixində həqiqətəndə iz qoymuş bir hadisədir. Bakı həmin illərdə qəhrəman şəhər statusu verilməli idi, lakin o dövrdə olan hakimiyyət bunu etmədilər. O dövrdə istər ön cəbhədə, istərsə də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümayiş etdirmişlər. Lakin indi ki, dövrdə özümdə əliləm və Ağdam rayonundanam və onuda qeyd edim ki, 90-cı illərdə gedən döyüşlərdə məndə bir Azərbaycan qadını kimi arxa cəbhədə öz köməyliyimi göstərmişəm. Amma neçə illərdir ki, heç bir sosial yardım ala bilmirəm”.

Şəhər sakini Təranə Məmmədova: “Mən bu məsələyə çox yaxşı baxıram. Allah cənab Prezidentin canın sağ eləsin ki, müharibə veteranlarını heç bir zaman unutmur və onlara diqqət və qayğısını əsirgəmir. Mənim xatirələrimdə də, keçmişdə 9 may çox yaxşı idi. Parad təşkil olunurdu. 9 mayı möhtəşəm çoşğu ilə qarşılayırdıq.

Şəhər sakini Nəsib Mirzəyev: “Mən özüm 1941-ci ildə dünyaya gəlmişəm. Sovet hakimiyətinin müharibəyə ilk başladığı il hesab olunur 1941-ci il. Mənim uşaqlıq illərim müharibə dövrünə təsadüf etdi. Həmin illər çox ağır idi. Çörəy növbəsi olunurdu, talonlarla çörək paylanırdı. Bakı nefti müharibəyə göndərilirdi. Həmin illər həm ön cəbhədə həm də arxa cəbhədə Azərbaycan insanları qəhrəmancasına faşistlərlə döyüşmüşdülər. İndi ki, dövrdə isə cənab Prezidentin onlara diqqət və qayğısı və bizlərə olan hörməti hiss olunur. Allaha şükür yaxşı yaşıyırıq. Sülh və əmin-amanlıq dövründə yaşayıyırıq. Allah dövlətimizə və cənab Prezidentə can sağlığı versin. Allah onu və ailəsini qorusun”.

Şəhər sakini Rüstəm Rəhimov: “Bizim dövlətimiz müharibə veteranlarına hər zaman öz diqqət və qayğısını göstərir. 9 may Qələbə Günündə təkcə Azərbaycan xalqı yox 15 ölkənin vətəndaşları çiyin-çiyinə döyüşmüş və faşistlərin üzərində qələbə qazanmışdır. Lakin bu müharibədə Azərbaycanın payı çox böyük olmuşdur. Azərbaycan nefti ilə bu müharibədə qazanılan qələbəyə öz əsasını qoyub. Bu tarixdir. Bunu unutmaq olmaz və hər il bunu qeyd etmək lazımdır. Bu qələbəni qeyd etmək həm də gənclərin milli ruhunun oyanmasına çox böyük təsir göstərə bilər. Bizim sovet ittifaqı qəhrəmanlarımız olub. Həzi Aslanov, Mehdi Hüseynzadə kimi qəhrəmanlarımız olub. Prezidentində müharibə veteranlarına göstərdiyi qayğıda öz yerində, heç bir zaman onları unutmur və onlara diqqət və qayğı göstərir”.

Şəhər sakini Zəruyya Əmiraslanova: “9 may Qələbə günü həqiqətəndə Azərbaycan tarixi üçün çox önəmli bir gündür. Həmin dövrlərdə çox çətin olsa da, sovet ordusu faşistlər üzərində qələbə qazanmağa nail ola bildilər. Həmin dövrdə Bakı nefti birinci Qazaxıstana göndərilir daha sonra isə oradan paylanılırdı. Həmin illərdə bizi məyus edən hadisələrdən biri də Bakıya qəhrəman şəhər statusunun verilməməsi oldu. Hətda həmin dövrdə Hitler demişdi ki, biz Bakını ələ keçirə bilsək o zaman müharibənin qalibi ola bilərdik deyib. Lakin həmin müharibədə bizim neçə-neçə oğul və qızlarımız şəhid oldu. Allah onlara rəhmət eləsin. Amma onların bu qəhrəmanlıqları olmasaydı bəlkə hal-hazırda biz müstəqil olmaya bilərdik. Cənab Prezidentdə hər zaman müharibə veteranlarına öz diqqət və qayğısını göstərmiş və veteranların yanında olmuşdur”.

Əlaqəli Xəbərlər