V D Academy-nin Azərbaycandakı ofisi fəaliyyətə başladı


Bu gün Bakıda təhsil və karyera sahəsində mühüm hadisə baş verib – V D Academy-nin Azərbaycandakı filialının rəsmi açılışı keçirilib. Açılış mərasimi təntənəli şəkildə baş tutub və tədbirdə elm və təhsil sahəsinin nüfuzlu nümayəndələri iştirak ediblər.

Tədbiri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar rəsmi şəkildə açıq elan edib. O, V D Academy-nin fəaliyyətini yüksək qiymətləndirərək bu əməkdaşlığın Azərbaycan-Türkiyə təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini bildirib.

Açılış mərasimində TÖMER Baş direktoru Timur Gültekin, TÖMER Bursa Şöbəsi İdarə Koordinatoru Halil Çağlar, Dillər Universiteti Rektor müavini Jale Garibova və V D Academy-nin əməkdaşlıq etdiyi müxtəlif şirkətlərin rəhbərləri də iştirak ediblər.

Çıxış edən qonaqlar V D Academy-nin gənclərin xaricdə təhsilə inteqrasiyası, dil öyrənmə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlıqların inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.

Yeni ofis, təhsil almaq istəyən gənclərə beynəlxalq proqramlar, dil kursları və karyera yönümlü təlimlər təklif etməklə yanaşı, yerli və xarici təhsil müəssisələri arasında körpü rolu oynayacaq.

Əlaqəli Xəbərlər