Putinin elan etdiyi atəşkəs qüvvəyə mindi


Rusiya prezidenti Vladimir Putinin Qələbənin 80-ci ildönümü münasibətilə elan etdiyi atəşkəs qüvvəyə minib. SİA xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Humanitar səbəblərlə elan edilmiş atəşkəs 11-nə keçən gecə yarısına kimi qüvvədədir. Putinin qərarına əsasən, bu müddət üçün bütün hərbi əməliyyatlar dayandırılıb. Ukrayna tərəfinin “bu nümunəni izləyəcəyi” gözlənilir. Atəşkəs pozulduğu halda, “adekvat və effektiv cavab” veriləcək. Xatırladaq ki, Rusiya lideri atəşkəs təklifini aprelin 28-də səsləndirib.

Mayın 3-də Ukrayna prezidenti Vladimir Zelenski Putinin təklifini rədd edib. Zelenski deyib ki, Ukrayna Moskvaya Qələbə Paradına gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Əlaqəli Xəbərlər