Antalyada görüşdülər


Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısına ev sahibliyi edən Antalyada ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı “X” hesabında paylaşım edib. “Atılacaq addımları ətraflı müzakirə etdik və mövqelərimizi bölüşdük”, – deyə Sibiqa bildirib.

Diplomat sülh danışıqlarında iştirakına görə ABŞ-yə təşəkkürünü çatdırıb. O, Amerika ilə əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını qeyd edib.

Əlaqəli Xəbərlər